Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev Belarusa gedir

Tokayev Belarusa gedir


Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Belarusa işgüzar səfərə gedəcək.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, səfər iyunun 26-da baş tutacaq. Səfər zamanı Qazaxıstan lideri Minskdə olacaq, burada Avrasiya İqtisadi Forumunda və Ali Avrasiya İqtisadi Şurasının iclaslarında iştirak edəcək.

Qasım-Jomart Tokayevin səfər çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü də nəzərdə tutulub. Qazaxıstan prezidentinin Belarusa səfəri iyunun 27-də başa çatacaq.

Anar Əliyev
Xəbəri paylaş