Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya strateji tərəfdaşlığa sadiq qalmır

Rusiya strateji tərəfdaşlığa sadiq qalmır


"Rusiyanın Yekaterinburq şəhərində cinayətkarlığa qarşı mübarizə adı altında azərbaycanlılara qarşı edilən hücumları, bir neçə soydaşımızın qətlə yetirilməsini təəssüf hissi ilə qarşılayır, soydaşlarımıza qarşı bu qəddarlıq, vəhşilik hallarının qarşısının tezliklə alınmasını tələb edirik. Çünki Rusiyanın hüquq-mühafizə orqanlarının bu əməlləri Moskva ilə Bakı arasında qarşılıqlı faydalı əməkdaşlığa, ikitərəfli əlaqələrin ruhuna ziddir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, Rusiyanın son hərəkətləri Bakı ilə Moskva arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sazişə də bütövlükdə ziddir. Moskva son addımları ilə bir daha sübut edir ki, Kreml strateji tərəfdaşlıq sazişinə sadiq deyil. Bu ölkə ilə nə qədər yaxın, dost olsan da, yenə də onun şovinzm siyasəti, digər xalqları əzmək, təzyiq göstərmək kimi qeyri-insani davranışları aradan qalxmayacaq:

"Bu, açıq-aşkar insanlıq əleyhinə cinayətdir, azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirilən vəhşilikdir. Cinayətkarlığa qarşı mübarizə adı altında azərbaycanlıları qətlə yetirmək, çoxlu sayda soydaşımıza qarşı işgəncə tətbiq etmək heç bir insanlığa, eləcə də hüquqi normalara sığmır. Əgər hər hansı bir şəxs cinayət əməli törədibsə, onun cəzasını hüquq, qanunlar verir, rus polisi, yaxud OMON-u deyil. Bu açıq-aşkar vandallıq, vəhşilikdir".

Deputat qeyd edib ki, baş verənlərlə bağlı Rusiya ən yüksək səviyyədə Azərbaycandan üzr istəməlidir.

Süleyman
Xəbəri paylaş