
İsrail ordusu 7 oktyabr 2023-cü ildən bəri Qəzzada 700 mindən çox məcburi köçkün fələstinlinin sığındığı 256 təxliyə və yerləşdirmə mərkəzini hədəf alıb.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hədəfə alınan mərkəzlərin əksəriyyəti təhsil müəssisələri olub.
Açıqlamada həmçinin beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını və dünyanın bütün azad ölkələrini “Qəzzada soyqırımı dayandırmaq, blokadanı aradan qaldırmaq və İsrailin məhv etdiyi həyati infrastrukturu bərpa etmək üçün hərəkətə keçməyə” çağırılır.
Qeyd edək ki, İsrail 2023-cü il, 7 oktyabr tarixindən Qəzzada hərbi əməliyyatlara başlayıb.
Mehman Mehdiyev