Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə daha bir bölgədə meşə yanğını başladı

Türkiyədə daha bir bölgədə meşə yanğını başladı


Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları davam edir.

Newscenter.az Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyinə (AFAD) istinadən bildirir ki, bu dəfə Hatayda meşə yanğını baş verib.

AFAD-dan bildirilib ki, Hatayın mərkəzi Antakya rayonunda, yaşayış massivlərinə yaxın ərazidə baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.

Belə ki, Hatayın mərkəzi Antakya mahalının Karaali bölgəsindəki meşə sahəsində naməlum səbəbdən başlayan yanğın güclü külək səbəbindən sürətlə böyüyüb.

Xəbərdarlıq üzərinə Meşə Region Müdirliyi qrupları, söndürmə vertolyotları və su tenderi sövq edilib.

Anar Əliyev
Xəbəri paylaş