Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın Venezuelaya hücumu Putinin maraqlarına cavab verir

ABŞ-ın Venezuelaya hücumu Putinin maraqlarına cavab verir



ABŞ prezidenti D. Tramp V. Putini ona görə dəstəkləyir ki, eyni siyasi düşüncəyə malikdir. V. Putinin Ukraynaya qarşı işğalına bir növ dəstək verir. D. Trampın Venezuela qarşı hərbi əməliyyatlara əmr verdiyi və paytaxtın bombalanması xəbərləri gəlir.

D. Tramp və V. Putin Ankoricdə razılaşma əldə edib. V. Putin dəfələrlə Ankoricdə razılaşma əldə edildiyini vurğulayır. Həmin görüşdə Donbasın Rusiya tam verilməsi və digər işğal olunmuş ərazilərin ABŞ tərəfindən Rusiya ərazisi kimi tanınması razılaşdırılıb.

V. Putin, Ukraynada "xüsusi əməliyyat" adı altında işğal müharibəsi aparır. D. Tramp da Venezuela da "narkokartellere qarşı" əməliyyat adı ilə bir ölkəni işğal edir.

Baş verənlər V. Putinin maraqlarına xidmət edir. Özünü sülh adamı elan edən D. Trampın bir ölkənin suverenliyinə qarşı hərbi əməliyyatlar keçirir.

Azərbaycan və Ermənistanın adını düzgün tələffüz etməyən, xəritədə bu ölkələrin harada olduğunu bilməyən D. Tramp deyir ki, müharibəni mən bitirdim. D. Trampın hansı müharibəni bitirdiyini axtarıb tapa bilmirəm.
Venezuela hücum birbaşa Rusiya və Çinin geosiyasi maraqlarını artıracaq. ABŞ yaxın tarixdə Əfqanıstan və İraqa hərbi müdaxiləsi bu ölkələrə sülh gətirmədi. Venezuelaya da hücum ABŞ üçün uğurlu olmayacaq.

Məhəmməd Əsədullazadə, politoloq
Xəbəri paylaş