Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənublu soydaşlarımız niyə etirazlara qoşulmur?-Ekspert rəyi

Cənublu soydaşlarımız niyə etirazlara qoşulmur?-Ekspert rəyi


"İran rialının ABŞ dolları qarşısında növbəti dəfə dəyər itirməsi ölkədə kütləvi etirazların baş qaldırması ilə nəticələndi. Əsasən kiçik sahibkarlar tərəfindən başlayan etirazlara cəmiyyətin digər təbəqələrinin qoşulması ilə proseslər daha kütləvi xarakter almağa başlayıb. Sosial tələblərlə başlayan narazılıq dalğası daha çox siyasi şüarların səsləndirilməsi ilə öz mahiyyətini dəyişməkdədir. İran İslam inqilabından sonra devrilmiş İran şahını və ailəsini sevən və dəstəkləyən əhali təbəqəsi ölkədə mövcudluğunu qoruyub saxlamaqdadır. Bunun nəticəsi kimi, ölkədə başlayan xaotik etiraz dalğasında Pəhləvilərin hakimiyyətə gəlməsini istəyən şüarlar daha çox səslənməyə başlamışdır".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı İranda baş verən prosesləri dəyərləndirərkən səsləndirib. O deyib ki, bütün bu etirazların fonunda İranın Azərbaycan vilayətləri və inqilablar şəhəri Təbriz susqunluğunu qoruyub saxlayır:

"Susur ona görə yox ki, xalq qorxur və ya çəkinir. Keçən illər ərzində ən çox repressiyaya məruz qalan azərbaycan xalqı öz mübarizliyini dəfələrlə ortaya qoyub. 1979-cu ildə şah rejiminin devrilməsində Azərbaycanın və Təbrizin müstəsna rolu olmuşdur. Milli kimliyinin tanınması və muxtariyyət tələbləri ilə mübarizə aparan soydaşlarımız yeni hakimiyyətin gəlişi ilə heç nəyin dəyişmədiyinin acısını yaşadılar. Keçən illərdən və inqilablardan dərs çıxarıb cənublu qardaşlarımız. Onlar xalqımıza pis münasibət bəsləyən molla rejimini, ondan da pis olan Pəhləvi hakimiyyətinə dəyişmək istəmirlər. Ortada başqa alternativ siyasi qüvvənin olmadığı bir reallıqda soydaşlarımız yad layihələrin aləti olmaq istəmirlər".

Elçin Ağamalı onu da qeyd edib ki, Azərbaycan xalqı bu gün etirazlara qoşulmur:

"O səbəbdən ki, ölkənin prezidentini onlar seçib və o etnik azərbaycanlıdır. Doğrudur, Pezeşkian İran rejimin bir parçası olsa da, baxışları ilə bəzən fərqli mövqe ortaya qoya bilir, uzun illərdir heç bir İran rəsmisinin dilə gətirə bilmədiyi bəzi reallıqları deyir. Bu isə heç bir siyasi təşkilatlanmaya malik olmayan soydaşlarımız üçün bir ümid işığıdır.
Qeyd etdiyim kimi cənublu soydaşlarımız səbrlə gözləyir, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini müşahidə edir və ölkədə siyasi hakimiyyətin dəyişməsi labüd olacağı təqdirdə heç şübhəsiz son sözünü deyəcəkdir. Son prezident seçkiləri də göstərdi ki, azərbaycan xalqının mövqeyi nəzərə alınmadan İranda siyasi dəyişkliyin olması mümkün deyil.

Əminəm ki, Azərbaycan dövləti də İranda gedən prosesləri yaxından və diqqətlə izləyir".

Süleyman
Xəbəri paylaş