
Rusiyanın "Ural Airlines" aviaşirkətinə məxsus U6 2411 Moskva-Gəncə və U6 2412 Gəncə-Moskva reyslərində müşahidə olunan gecikmə Moskva şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədardır.
Newscenter.az-ın xəbərinə görə, Gəncə beynəlxalq hava limanından verilən məlumata görə, U6 2411 nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb.
Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi.
"Report"un Qərb bürosunun məlumatına görə, hazırda Gəncədən Moskvaya gedən təxminən 100 sərnişin uçuşu gözləyir.
Reyslə bağlı daha ətraflı məlumat üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.












































