
"ABŞ prezidenti Donald Trampın Venesuelaya hərbi müdaxilə və prezident Nikolas Moduronun həbs edilməsi ilk və sonuncu hadisə deyil. Bu, beynəlxalq hüququ pozsa da, N. Moduronun beynəlxalq legitimliyi yoxdur".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, N.Moduro avtoritar sistem qurmuşdu:
"O, Venesuelanin neftlə zəngin sərvətlərindən ölkənin deyil, yalnız özünün şəxsi məqsədləri üçün istifadə etdi. Baş verənlər N. Moduronun anti-xalq siyasətinin nəticəsidir. Avtoritar sistem quranlar qorxaq və aciz olurlar. Fikir versək, müasir tarixdə avtoritar liderlərin aqibətləri acınacaqlı olur".
Politoloq deyib ki, İraqın keçmiş lideri Səddam Hüseyn özünü güllələyib öldürə bilərdi. Amma, buna cəsarəti çatmadı:
"Rüsvayçı şəkildə asdılar. Liviya lideri M. Qəddafi alçaldıcı şəkildə öldürüldü. Venesuelanin avtoritar lideri Nikolas Maduro cəsarət tapıb, döyüşmədi, rüsvayçı şəkildə yataq otağında təslim oldu. Xalqı ilə hesablaşmayan liderlərin aqibəti rüsvayçı olur".
Süleyman












































