
Amerika prezidenti Donald Tramp hesab edir ki, ABŞ Kiyevi dəstəkləməyə xərclənən bütün pulları geri ala bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ağ Ev rəhbəri jurnalistlərə verdiyi açıqlamada deyib. Tramp bildirib ki, ölkəsinin Ukrayna ilə onun mineral ehtiyatları ilə bağlı razılaşmalar nəticəsində daha çox gəlir əldə etməsi mümkündür.
"Bu, bizə heç bir xərc tələb etmir. Biz əslində pul qazanırıq", Tramp deyib.
Tramp qeyd edib ki, ABŞ-ın 46-cı prezidenti Co Bayden Ukraynaya 350 milyard dollar yardım edib:
"Biz həmin pulun əhəmiyyətli bir hissəsini geri alacağıq. Bəlkə də hamısını, bəlkə də daha çoxunu”, - deyə o, vurğulayıb.
Anar












































