Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Venesuelada neft hasilatının bərpası onilliklər çəkəcək

Venesuelada neft hasilatının bərpası onilliklər çəkəcək



Venesuelada neft hasilatının bərpası onilliklər çəkəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu amerikalı enerji eksperti Tom Kloza bildirib.

Onun sözlərinə görə, 1997-ci ildə Venesuela neft hasilatının zirvəsində istehsal həcmi gündə 3,5 milyon barel idi. Son vaxtlar isə hasilat gündə 900.000 barel olaraq qiymətləndirilir ki, bunun da gündə 500.000-600.000 bareli ixrac üçün nəzərdə tutulub.

Ekspert proqnozlaşdırır ki, Venesuelada neft hasilatının bərpası onilliklər çəkəcək bir vəzifədir. Keçən il Amerikanın böyük şirkətləri kəşfiyyat və hasilata təxminən 55 milyard dollar sərmayə qoyublar. Məsləhətçi firma Rystad Energy hesab edir ki, neft hasilatını 21-ci əsrin əvvəllərindəki səviyyələrə qaytarmaq üçün ikiqat çox pul lazım ola bilər.


Cavid
Xəbəri paylaş