Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ silah istehsalını sürətləndirəcək-Tramp

ABŞ silah istehsalını sürətləndirəcək-Tramp


ABŞ müttəfiqləri üçün silah istehsalını sürətləndirmək niyyətindədir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

"Biz onlar üçün daha sürətli istehsal etməyə başlayacağıq. Biz Amerika hərbi-sənaye kompleksi şirkətlərinə qarşı sərt davranacağıq", - deyə amerikalı lider ABŞ Nümayəndələr Palatasında Respublikaçılar Qrupunda çıxış edərkən və silah istehsalının tempi barədə şərh verərkən bildirib.

"Dünyanın ən yaxşı silahlarına sahibik. Lakin müttəfiqlərimizə çatdırılması çox uzun çəkir", - deyə Amerika lideri bildirib.

Anar
Xəbəri paylaş