Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşa vətəndaşları kütləvi şəkildə Almaniyanı tərk edirlər

Polşa vətəndaşları kütləvi şəkildə Almaniyanı tərk edirlər


Polşa vətəndaşları kütləvi şəkildə Almaniyanı tərk edirlər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə RMF24 radiostansiyası məlumat verib. Məlumata görə, 2025 ildə ilk dəfə olaraq Almaniyanı tərk edən Polşa vətəndaşlarının sayı Almaniyaya köçənlərdən daha çox olub.

RMF24 qeyd edir ki, Almaniyaya yeni gələnlərlə Almaniyadan gedənlər arasındakı fərq mənfiyə çevrilərək 12.000-dən çox insan təşkil edib. Almaniyaya ümumilikdə 76.320 nəfər köçüb, 88.388 vətəndaş isə Polşaya qayıdıb.

Radiostansiyanın məlumatına görə, bu vəziyyət Almaniyada iqtisadi vəziyyətin pisləşməsi və Polşanın artan iqtisadiyyatı, eləcə də Almaniya daxilində ayrı-seçkilik səbəbindən yaranıb.

Cavid
Xəbəri paylaş