Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək

Türkiyə-Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək


Türkiyə-Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, iclas yanvarın 7-də olacaq. İclasda iştirak etmək üçün Malayziyanın baş naziri Ənvər İbrahim Türkiyəyə səfər edəcək. Ənvər İbrahim yanvarın 8-dək Türkiyədə rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində Malayziya baş naziri prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcək.

Prezident Ərdoğan və Baş nazir Ənvər İbrahim arasında keçiriləcək təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlərdə ikitərəfli münasibətlərin, eləcə də regional və beynəlxalq hadisələrin hərtərəfli müzakirə olunması gözlənilir.

Süleyman
Xəbəri paylaş