
Atəşkəs və ya sülh razılaşması əldə olunarsa, Belçika da öz qoşunlarını Ukraynaya göndərəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken Parisdə keçirilən "könüllülər koalisiyası"nın iclasından sonra bildirib.
O qeyd edib ki, Ukraynada sülh sazişi və ya atəşkəs əldə olunarsa, Belçika öz dəniz və hərbi imkanları ilə fəal şəkildə iştirak edəcək. Franken həmçinin söz verib ki, Belçika Ukrayna qoşunlarını təlimləndirməyə davam edəcək.
Qeyd edək ki, Belçika Ukraynaya yüngül silah və sursat tədarük edir.
Anar












































