Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident futbol komandasına avtobus hədiyyə etdi

Prezident futbol komandasına avtobus hədiyyə etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Turkcell Qadın Futbol Super Liqasında mübarizə aparan Yüksekovaspor Qadın Futbol Komandasına avtobus hədiyyə edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, klub rəhbərliyi tərəfindən qəbul edilən avtobusa görə, komanda adından prezidentə təşəkkür edilib.

Vali Mustafa Akın "Ümid edirəm ki, bu avtobus sayəsində xalqımızla birlikdə böyük çempionluqları qeyd edəcəyik. Bu uğurları səbirsizliklə gözləyirik. Əməyi keçən hər kəsə təşəkkür edirəm",-deyə bildirib.

Çıxışlardan sonra iştirakçılar və idmançılar komanda avtobusunda şəhər turuna çıxdılar.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan TFF Qadınlar 1-ci Liqa çempionluğunu qazanan və Turkcell Qadınlar Futbol Super Liqasına yüksələn Yüksekovaspor Qadın Futbol Komandasını 27 avqust 2025-ci ildə Prezident Kompleksində qəbul etmişdi.

Süleyman
Xəbəri paylaş