
Hərbi əməliyyatdan əvvəl ABŞ İranla danışıqlar zamanı Tehrana pulsuz nüvə yanacağı tədarükü təklifi edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff bildirib. O deyib ki, Vaşinqton bu təklifi müəyyən şərt qarşısında İrana təqdim edib:
"Birləşmiş Ştatlar İrana pulsuz nüvə yanacağı tədarükü müqabilində Tehrandan 10 il müddətinə uran zənginləşdirməsindən imtina etməyi təklif etmişdi. Lakin Tehran Vaşinqtonun bu təklifini qəbul etmədi".
Qeyd edək ki, fevarlın 28-dən ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb.
Anar











































