Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İrana qarşı müharibəni müharibəni üzün müddətdə aparmayacaq

ABŞ İrana qarşı müharibəni müharibəni üzün müddətdə aparmayacaq


Bu gün İranda nə baş verir? Bu gün İranda olan müharibə, çoğravi mövqeyinə və sərvətlərinə görə ənənəvi rəqiblərin geosiyasi müharibəsinin davamıdır. İrana ABŞ-ın, İsrailin hücumunda maraqlı olan kimlərdir? Birinci 101 ildə ən adi insani hüquqlarını tələb etməsinə görə dar ağacından asılan minlərlə insanların yaxınları, müxtəlif alçaldıcı təzyiqlərə məruz qalanlar, ölkədən didərgin düşən Azərbaycan Türkləridir. İkinci mehtər Rzanın nəvəsi və onlara qoşulanlar. Bir də Rusiya. Çünki, Rusiyanın geosiyasi müharibədə rəqibi olan ABŞ, İngiltərə, qərb, onu Ukraynada geri çəkilə bilmədiyi bir müharibəyə sala bilib.

Dörd il davam edən Ukrayna müharibəsindən Rusiya məğlub kimi çıxsa, bu onun məhv olmasına bərabər olacaq. Bütün qərb ölkələri, İngiltərə, ABŞ, Avropa birliyi, BMT hamısı Rusiyaya qarşı müharibədə Ukraynaya yardım edirlər. Bu güclər Ukraynanı tək qoymayacaqlar. Həm əsas rəqibi müharibə "tələ"sində daha çox zəiflədir. Onlarda məqsəd, müharibəni Rusiya çökənə qədər davam etdirməkdir. Həm də Ukraynanın təbii sərvətlərinə sahib olacaqlar və Rusiyaın "don"durulmuş vəsaitləri hesabına hərbi mallarını satırlar. Bütün bunları Rusiya da bildiyinə görə, o da İran məkanını rəqibi üçün döyüş meydanı etmək üçün hər zaman İran "İslam" dövlətinə bu istiqamətdə yardım edirdi. Rusiya Çini də bu istiqamətdə yönəldib. Rəqibinin İranda uzunmüddətli müharibəsi Rusiyanın marağındadır. O da rəqibinin İranda tələyə düşməsini istəyirdi, bu da baş verdi. ABŞ da bu mətləbləri bildiyi üçün müharibəni üzün müddətdə aparmayacaq. İranı elə vəziyyətə salacaq ki, ölkə daxilində rejimə qarşı üsyan yaratsın. Eyni zamanda ətraf ərəb ölkələrini də İrana qarşı müharibəyə qaldırsın.

İranda "isalm" respublikasına sadiq olan insanlar təmiz ürəklə dinə bağlı olanlardır. İnsanların bu pak dini hislərindən, inancından istifadə edən bütün siyasətcilər Allahın ən ağır cəzasını görəcəklər!

ABŞ-ın, İngiltərənin babaları öz maraqları üçün yaratdıqları fars millətci rejim, bu gün onların nəvələrinə qarşı düşmənə çevrilib. Məqsədiniz nədir? Bu qarşıdurmanı nüvə müharibəsinə qədər aprmaq? Nüvə müharibəsi olsa heç kim sağ qalmayacaq! Rusiya tam dağılmaqdan öncə nüvə silahından istifadə edə bilər. Düşünün! Ona görə də 101 il əvvəl qanunsuz, məkirli siyasətlə Azərbaycan xalqının əlindən alınan hakimiyyətinin bərpa olunmasına yardım edin! Həm Rusiya, həm Çin, həm də ABŞ, İngiltərə, qərb dövlətləri, İranın hamı ilə etibarlı müttəfiq olmasını istəyirsizsə, Azərbaycan xalqı yenidən hakimiyyətə gəlməlidir! Ancaq bu halda İran heç bir dövlətə düşmən olmayacaq! Bütün tərəflərlə müttəfiq və dost olacaq!

İranda 60 milyona qədər Türk xalqları yaşayır. Bu xalqlar beynəlxalq səviyyədə müdafiyəsiz qalmamalıdır! Bunun üçün bütün Türk dövlətləri və TDT, ədalət və sülh istəyən bütün dövlətlər, təşkilatlar hamısı hər gün bu istiqamətdə siyasət aparmalıdır! Unutmayın İran tarixi Azərbaycan dövlətidir!

Tahir Ələkbərov
Xəbəri paylaş