
Energetika naziri Pərviz Şahbazov Avstriyanın İqtisadiyyat, Enerji və Turizm Federal Nazirliyinin Baş katibi Severin Qruber və OMV şirkətinin İdarə heyətinin üzvü Berislav Gasho ilə görüşüb.
Newscenter.az xəbər verir ki, söhbət zamanı Mərkəzi Avropada təbii qaz üzrə əsas tranzit qovşaqlarından biri olan Avstriya ilə əməkdaşlığımızın xam neftlə yanaşı, təbii qaz tədarükünü əhatə etməsi məmnunluqla qeyd edilib.
Dayanıqlı enerji təhlükəsizliyi üçün təbii qazla bağlı praqmatik siyasətin vacibliyinə dair fikir mübadiləsi aparılıb.
Süleyman











































