Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu acıya insanlığın sınağı deyilir

Bu acıya insanlığın sınağı deyilir


"Bu acının adı siyasət deyil. Bu acıya insanlığın sınağı deyilir. Bu sınağı uduzan təkcə tərəflər deyil, bütün dünya olur".

Newscenter.az xəbər verir ki, bunları Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin İdarə Heyətinin sədri Hüseyin Böyükfırat İran ətrafında baş verənlərə diqqət çəkərkən deyib. O bildirib ki, son 100 ildə müharibələrdə həyatını itirən milyonlarla insan arasında yüz minlərlə uşaq da var:

"Hər biri bir evin ümidi, bir ananın duası, bir atanın gələcəyi idi. Bu valideynlərin övlad acısını kim və necə dindirə bilər?
Hansı siyasi bəyanat? Hansı hərbi bəhanə? Hansı strateji hesablama? Ananın ürəyindəki yanğını söndürə biləcək heç bir qüvvə yoxdur. Bir atanın oğlunu dəfn edərkən səssiz çökməsinin əvəzi yoxdur. Dövlətlər hesab tutur, xəritələr dəyişir, ittifaqlar yaranır. Ancaq uşağın yoxluğu, evdə əbədi boşluq buraxır".

Süleyman
Xəbəri paylaş