
Hindistan təcili neft alışını artırmaq üçün bir neçə variantı nəzərdən keçirir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunlardan biri Rusiyadan enerji tədarükünün artırılmasıdır.
Məlumata görə, Rusiya neft alışının artmasının səbəblərindən biri Yaxın Şərqdə artan münaqişə səbəbindən Fars körfəzi ölkələrindən Hörmüz boğazı vasitəsilə Hindistana karbohidrogen çatdırılma marşrutları üçün riskdir.
"The Economic Times" qəzetinin yazdığına görə , qlobal təchizat çətinlikləri ABŞ-ın mövqeyini yumşalda və Hindistan şirkətlərinə Rusiya neftini almaq üçün daha çox imkanlar verə bilər. Rusiya yenidən Hindistanın enerji təhlükəsizliyinin əsas mənbəyinə çevrilə və kritik enerji logistikası vəziyyətini dəyişdirməyə kömək edə bilər.
Məlumata görə, Rusiya fevral ayında Hindistanın ən böyük neft tədarükçüsü statusunu qoruyub saxlayıb. Yanvar ayında gündəlik 1,1 milyon barel neftlə müqayisədə, Rusiya gündəlik 1 milyon bareldən bir qədər çox neft daşıyıb. Ötən ay Səudiyyə Ərəbistanının Cənubi Asiya respublikasına neft ixracı 30% artıb və bu da Hindistanın karbohidrogen idxal strukturunda əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Anar











































