
Artıq bir neçə gündür ki, İrana qarşı hərbi əməliyyatlara start verilib. Fevralın 28-də başlayan hərbi əməliyyat İran daxil 11 ölkəni əhatə etməkdədir. Bəs görəsən hadisələr İrana, yerləşdiyimiz regiona, ümumən dünyaya nə vəd edir?
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı politoloq Yusif Bağırzaadə deyib ki, hazırda İran ətrafında baş verənlər uzunmüddətli regional dəyişikliklər və risklər vəd edir:
"İranla bağlı planların baş tutması isə Tehranın strateji cavabından, nə qədər dözəcəyindən, daxili stabilliyin səviyyəsindən və regional balansın qorunmasından asılı olacaq. Azərbaycan və qonşu ölkələr üçün əsas prioritet bu qeyri-sabitliyi izləmək, təhlükəsizlik və diplomatik hazırlığı gücləndirməkdir, çünki müharibənin davam etməsi həm iqtisadi, həm də humanitar təsirləri genişləndirə bilər".
Süleyman











































