
"İrana ABŞ-İsrail cütlüyünün hücumu Yaxın Şərqi ciddi şəkildə təsirləndirəcək və proses qlobal təsirini hökmən göstərəcək".
Bunu Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, istər iqtisadi-ticari istərsə, güc balansı və geosiyasi durum əsaslı şəkildə dəyişəcək:
"Əgər bu müharibə uzun sürərsə, əhatə dairəsi də genişlənəcək. İsrail və ABŞ iddia edir ki, başlıca hədəf İranda rejim dəyişikliyinə nail olmaqdır. Ancaq düşünmürəm ki, həmin plan qısa müddətə baş tutsun".
Əli Orucov qeyd edib ki, rejimin dayaqlarını və müqavimətini sındırmaq xeyli zaman alacaq:
"Bu isə böyük dağıntı və itkilərə yol açacaq. Humanitar fəlakət risklərini artıracaq. Xüsusən də sivil əhalinin kütləvi köçü və onların təminatı məsələsi region dövlətlərini vəQərbi də ciddi problemlərlə üzləşdirəcək. Məncə, hələ dağıdıcı əməliyyatlar qabaqdadır. Ola bilsin ki, digər dövlətlər də bu müharibəyə qoşulsun".
Süleyman











































