Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail İranın hökumət binasını vurdu

İsrail İranın hökumət binasını vurdu


İsrail İranın paytaxtı Tehrandakı hökumət binasına raket zərbəsi endirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Tehranda şəhər mərkəzindəki bir neçə küçəni tutan hökumət binası kompleksinə bir sıra zərbələr endirib.

Açıqlamada deyilir ki, İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində yerləşən İran rejiminin ərazisinə daxil olan hədəfləri vuraraq məhv edib. Zərbə zamanı prezident iqamətgahına və Ali Milli Təhlükəsizlik Şurasının binasına çoxsaylı sursat atılıb. Zərbə zamanı həmçinin rejimin yüksək səviyyəli təhlükəsizlik qərar qəbul edənləri üçün toplantı yeri, eləcə də İran hərbi zabitləri üçün təlim mərkəzi hədəfə alınıb.

Anar
Xəbəri paylaş