
Son vaxtlar ölkədə baş verən boşanma halları ciddi narahatçılıq yaradıb. Təkcə 2025-ci ilin statistik göstəricilərinə diqqət yetirsək vəziyyətin nə dərəcədə ciddi olduğuinu görə bilərik. Azərbaycanda boşanmaların vəziyyəti acınacaqlıdır.
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, bəzi hallarda xanımlar bəlli bir miqdarda aliment almaq hüququ əldə etmək üçün boşanma yolunu seçirlər:
"Ona görə də hesab edirəm ki, Mediasiya Şurasına əlavə səlahiyyət verilsin ki, məhkəmədən öncəki mərhələdə tərəflərlə görüşüb alimentin təyin olunması məsələsində ümumi razılıq əldə etsin. Bu məhkəmələrdə alimentin təyin olunmasına ədalət prinsipinin təmin olunmasına yol açar".
Deputat qeyd edib ki, Mediasiyanın verdiyi rəy alimentin təyinatı zamanı nəzərə alına bilər.
Süleyman











































