
Qırğızıstan prezidenti Sadir Japarov kadr islahatlarını davam etdirir.
Newscenter.az Qırğızıstan prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, Haparov yeni səfir təyinatı həyata keçirib.
Qırğızıstan prezidentinin imzaladığı müvafiq sərəncamla Aybek Toktobolotov Qırğızıstanın Qətərdəki səfiri təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Qırğızıstan prezidenti Nazirlər Kabineti və Prezident Administrasiyasında bir neçə kadr təyinatı həyata keçirib, yeni baş nazir müavini təyin edib. Japarov nazirlərə şəffaf və ədalətli işləməyi tapşırıb.
Süleyman











































