
Rusiya prezidenti Vladimir Putin Bruney Darüssəlama səfər edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, səfər Bruney Darüssəlam sultanının dəvəti ilə baş tutacaq. Bruneyin ikinci xarici işlər naziri Yerivan Yusof Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bu barədə məlumat verib.
"Əlahəzrətləri, Bruney Darussalamın Sultan Həsənal Bolkiah məndən Prezident Putinə onun üçün əlverişli olan vaxtda Bruney Darussalama səfər etmək dəvətini çatdırmağımı xahiş etdi",-deyə nazir bildirib. O, ölkə sultanının ən səmimi salamlarını Prezident Putinə çatdırıb.
Yusof qeyd edib ki, dostluğumuz daha da möhkəmlənir.
Anar











































