Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp İranla 47 illik müharibəyə son qoyur

Tramp İranla 47 illik müharibəyə son qoyur


ABŞ prezidenti Donald Tramp 47 il əvvəl İranla başlayan sonsuz müharibəyə son qoymaq niyyətindədir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts bildirib.

"Bu, Cimmi Karterin (1977-ci ildən 1981-ci ilə qədər ABŞ-ın 39-cu prezidenti olub) dövründə başlayan 47 illik sonsuz müharibədir və Prezident Tramp buna son qoymaq üçün fəal tədbirlər görür", - deyə o, Fox News-a verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, Karterin hakimiyyətdə olduğu dövr İranla münasibətlərin pisləşməsi ilə üst-üstə düşdü. 1979-cu ildə Şahın devrilməsindən, İslam İnqilabının qələbəsindən və Ayətullah Xomeyninin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun Tehranla müttəfiq münasibətləri düşmənçilik xarakteri aldı. Bu, 4 noyabr 1979-cu ildə Tehranda Amerika diplomatlarının həbs olunması ilə nəticələndi. Onlar 1981-ci ilin yanvarında azad edildi. Bu, diplomatik münasibətlərin kəsilməsinə və İrana qarşı ilk Amerika sanksiyalarının tətbiq olunmasına səbəb oldu.

Anar
Xəbəri paylaş