Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkmənistan İrandan rusların təxliyəsi üçün yeni sərhəd keçid məntəqələri açıb

Türkmənistan İrandan rusların təxliyəsi üçün yeni sərhəd keçid məntəqələri açıb


Türkmənistan İrandan Rusiya vətəndaşlarının təxliyəsi üçün əlavə sərhəd keçid məntəqələrini açıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Aşqabaddakı Rusiya səfirliyi məlumat verib.

"Rusiya vətəndaşlarının təxliyəsi üçün Türkmənistanla sərhəddə yerləşən daha dörd sərhəd keçid məntəqəsində - "Sərəxs" (əvvəllər fəaliyyətdə olan), "Artık-Lütfabad", "Qaudan-Bajgiran", "Akyayla-İnçeburun", "Altın Əsir-İnçeburun"da müəyyən edilmiş qaydada əməliyyatların bərpası ilə bağlı məlumat daxil olub", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, fevralın 28-dən Birləşmiş Ştatlar və İsrailin İrana hücumu başlayıb. Müharibə səbəbindən ayrı-ayrı ölkələr müxtəlif yollarla öz vətəndaşlarını İrandan çıxarırlar.

Süleyman
Xəbəri paylaş