Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa ABŞ-dan çox uzağa gedə bilməz

Avropa ABŞ-dan çox uzağa gedə bilməz


"Hörmüz boğazının bağlanmasının dünya enerji bazarında gərginlik yaradacağı məsələsi aydın idi. Bu risklər İran tərəfindən həmişə bəyan edilmişdi. ABŞ tərəfinin bu riski hesaba alması və bunun qarşısını almaq üçün tədbirlər görəcəyi ehtimalı da məlum idi. Amma görünən odur ki, ABŞ bu məsələdə çətinliklə üzləşib və ya bunu məqsədli şəkildə nisbətən uzadır".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. Onun sözlərinə görə, məsələnin məqsədli şəkildə uzadılması ehtimalı elə energi daşıyıcılarından asılı olan Avropa ölkələrini İranla müharibəyə cəlb olunması məqsədi daşıyır:

"Tramp nahaq yerə vurğulamır ki, bizim Hörmüz boğazından keçən neftə ehtiyacımız yoxdur və bu, ehtiyacı olanları maraqlandırsın. Görünən odur ki, Tramp bu yolla Avropanı və NATO-nu İrana qarşı alyansa cəlb etmək istəyir.
Ehtimal etmək olar ki, bu yolla Tramp istəyinə nail ola bilər. Avropa məcbur olub Hörmüz boğazına nəzarəti ələ ala bilər. Bu isə İranla qarşıdurma riski daşıyır".

Azər Qasımov qeyd edib ki, Tramp Avropanı NATO-nu dağıtmaqla hədələyir:

"Avropa isə Rusiya təhlükəsi ilə üz-üzə dayandığı bir vaxtda yeni qarşıdurmaya cəlb olunmaqdan çəkinir. Göründüyü kimi Avropa üçün çətin durum yaranıb. Hesab edirəm ki, Avropa Hörmüz krizi uzanarsa məcbur olub Trampın tələblərini yerinə yetirəcək. Avropa ABŞ-dan çox uzağa gedə bilməz. Onlar sadəcə gözləyəcək ki, ABŞ və İsrail İranı bombardımanlarla daha da zəiflətsinlər"

Süleyman
Xəbəri paylaş