Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan öz mövqeyində dəyişməzdir

Azərbaycan öz mövqeyində dəyişməzdir


"Xarici media subyektlərində Azərbaycanın İrana qarşı müharibədə poliqon rolu oyanayacağı, yaxud bizim ərazilərimizdən İrana qarşı istifadə ediləcəyi barədə yazılanların heç bir əsası yoxdur".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Zahid Oruc deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan hər zaman öz ərazilərindən üçüncü ölkələrə qarşı hansısa əməliyyatda istifadə ediləcəyinə icazə verməyəcəyini bəyan edib:

"Hələ 12 günlük müharibə zamanı Azərbaycan rəsmi olaraq bəyan etdi ki, ərazisindən üçüncü ölkələrə qarşı heç bir halda istifadə olunmayacaq".

Deputat qeyd edib ki, Bakı hər zaman regional və qlobal münaqişələrin sülh, diplomatik yolla həllinə tərəfdar olub, bu gün də eyni mövqedə qalır.

Süleyman
Xəbəri paylaş