Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhali ilə sıx işləmək lazımdır

Əhali ilə sıx işləmək lazımdır


"Hansısa hərbi hissənin pilotsuz uçuş aparatının təlim məqsədilə həyata keçirdiyi uçuşdan ajiotaj yaratmaq, insanlar arasında təşviş yaradacaq xəbərlər yaymaq doğru deyil. Bunun qarşısını almaq, insanlarımızı mövcud vəziyyət barədə məlumatlandırmaq barədə deputatlar vətəndaşlarla sıx işləməlidir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, xüsusilə xaricdə oturub sosial şəbəkələrdən yalan, iftira dolu xəbərlər yayan qüvvələr bu cür informasiyaları tirajlayırlar:

"Bunların heç bir əsası yoxdur. Ona görə vətəndaşlarımız ayıq-sayıq olmalıdır ki, bu cür yalan, insanlar arasında təşviş yarada biləcək məlumatlar geniş yayılmasın".


Süleyman
Xəbəri paylaş