Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan, azərbaycanlılar da daxil olmaqla, 78 əcnəbini deportasiya etdi

Gürcüstan, azərbaycanlılar da daxil olmaqla, 78 əcnəbini deportasiya etdi


Son günlərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, o cümlədən Rusiya vətəndaşları da daxil olmaqla, 78 əcnəbini deportasiya ediblər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama verib.

Nazirliyin məlumatına görə, Azərbaycan, Ermənistan, Belarus, Almaniya, Misir, Zimbabve, Hindistan, Yəmən, Çin, Qırğızıstan, Konqo, Nigeriya, Rusiya, Türkmənistan, Türkiyə və Cənubi Afrika vətəndaşları Gürcüstandan qovulub. Onların respublikaya girişi qadağan edilib.

Gürcüstan son zamanlar qanunsuz miqrantlarla fəal mübarizə aparır. Ölkə parlamenti immiqrasiya qanunlarını sərtləşdirib, deportasiya prosedurlarını və miqrantların axtarışını sadələşdirib. Hər ay Gürcüstan Daxili İşlər Nazirliyi onlarla xarici vətəndaşın ölkədən çıxarılması barədə məlumat verir.

Süleyman
Xəbəri paylaş