Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kremlin Köçəryan planı

Kremlin Köçəryan planı


"Ermənistanın eks-prezidenti Robert Koçaryanın "Hayastan" bloku tərəfindən baş nazirliyə namizədliyi irəli sürülüb. Rusiyanın dəstək verdiyi R. Koçaryan və iş adamı S.Karapetyanın "Güclü Ermənistan" partiyasının N. Paşinyana qarşı ciddi şəkildə kampaniya aparacağı gözlənilir. Rusiya hər iki partiyanı dəstəkləməklə N. Paşinyanın elektoratını parçalamağa çalışır. Buna baxmayaraq hər iki siyasi təşkilatin N.Pasinyanın qələbəsinə ciddi maneə yaradacağı mümkün görünmür".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, iyunun 7-də keçiriləcək seçkilərdə N. Pasinyan və R. Kocaryan arasında əsas mübarizə olacaq:

"Rusiyanın dəstək verdiyi, Qarabağ hərəkatanın davam etməsinin vacibliyini vurğulayan, revanşist kilsə rəhbərliyinin dəstək verdiyi R. Koçaryan və Qarabağ hərəkatına qarşı olaraq, sülhü təbliğ edən N. Pasinyan arasında xalq seçim edəcək.

Ümumiyyətlə R. Koçaryanin namizəd olması, N.Pasinyanın qələbəsini şərtləndirən əsas amillərdən biridir. Amma, Rusiya Ermənistanda seçkilərdə təxribatlara əl ata bilər. Ona görə də Avropa İttifaqı Ermənistana missiya göndərəcək".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistan uğrunda Avropa İttifaqı və Rusiya arasında mübarizə yeni müstəvidə davam edəcək:

"Türkiyə və Azərbaycan N. Paşinyanın qələbəsində maraqlıdır. Gürcüstan hakimiyyətinin isə, Rusiya ilə birgə R.Koçaryana dəstək verməsi gözlənilir. Tbilisi R. Koçaryanın qələbə qazanmasında maraqlıdır".

Süleyman
Xəbəri paylaş