
Son vaxtlar seysmik aktivlik müşahidə edildiyi Kuril adalarında yenidən zəlzələ olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib. Məlumata görə, Saxalin bölgəsindəki Kuril adaları yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ Simuşir adasından 77 km cənubda, 12 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanların ətraf ərazilərdə hiss edilib edilmədiyinə dair heç bir məlumat verilmir.
Anar











































