
Slovakiya və Macarıstan sərhəddən iki neft emalı zavodunu birləşdirən neft məhsullarının daşınması üçün boru kəməri inşa edəcəklər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ČTK xəbər agentliyi məlumat yayıb. Məlumata görə, bu barədə saziş Brüsseldə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova və Macarıstanın xarici işlər naziri Peter Sijjarto tərəfindən imzalanıb .
Boru kəməri Slovakiyadakı Slovnaft neft emalı zavodunu Macarıstanın mərkəzi Százhalombatta şəhərindəki Duna neft emalı zavodu ilə birləşdirəcək və əsasən benzin və dizel yanacağı nəql edəcək.
Layihənin 2027-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılır. Boru kəmərinin gündəlik 1,5 milyon ton neft məhsulları ötürmə gücü olacaq.
Anar











































