Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın Çinə səfərinin vaxtı İran hadisələrinə görə təxirə salınmayıb:Pekin

Trampın Çinə səfərinin vaxtı İran hadisələrinə görə təxirə salınmayıb:Pekin


ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin vaxtı Yaxın Şərqdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi məsələsindən asılı deyil.

Newscenter.az
TASS-a istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian brifinqdə bildirib.

"Biz səfərin təxirə salınmasının səbəbləri ilə bağlı tamamilə səhv bir açıqlama olduğunu qeyd etdik. Səfərin vaxtının Hörmüz boğazında naviqasiya məsələsinə heç bir təsiri olmadığını vurğulayırıq", - deyə o bildirib.

Çin-ABŞ sammitinin bir ay təxirə salınması ilə bağlı xəbərləri şərh edən diplomat qeyd edib ki, iki ölkə işgüzar əlaqələrini davam etdirir. O, əlavə edib ki, Çin və Amerika tərəfləri bu məsələlərlə bağlı ünsiyyət saxlayırlar.

Anar
Xəbəri paylaş