
"Bu ilin mart ayının 12-də Bakıda baş tutan XIII Qlobal Bakı Forumu qlobal səviyyədə mühüm əhəmiyyət daşıyan, beynəlxalq münasibətlərdə gündəmdə olan məsələlərin geniş şəkildə müzakirə edildiyi nüfuzlu toplantı kimi seçilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilmişdir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Jalə Həsənova deyib. O bildirib ki, Cənab İlham Əliyev çıxışına qonaqları salamlayaraq başladı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin səmərəli fəaliyyəti ilə artan beynəlxalq nüfuzunu xüsusi vurğuladı:
"O bildirdi ki, Mərkəz ildən-ilə fəaliyyət dairəsini genişləndirərək qlobal problemlərin müzakirəsinə əhəmiyyətli töhfə verir. Prezident həmçinin Qlobal Bakı Forumunun artıq dünya səviyyəsində nüfuzlu bir platformaya çevrildiyini və burada müxtəlif sahələri təmsil edən liderlərin faydalı fikir mübadiləsi apardıqlarını qeyd etdi. Çıxış zamanı forumda səsləndirilən ideyaların xalqların rifahı və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırıldı. Sonda isə müasir dövrdə təhlükəsizlik və sabitliyin bütün dövlətlər üçün əsas prioritet olduğu və bu istiqamətdə birgə fəaliyyətin zəruri olduğu vurğulandı".
Hakim partiya təmsilçisi qeyd edib ki, forum çərçivəsində irəli sürülən fikirlərin xalqların rifahının yüksəldilməsi və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunmuşdur:
"Eyni zamanda vurğulanmışdır ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə təhlükəsizlik və sabitlik bütün ölkələr üçün əsas prioritet olaraq qalır və bu istiqamətdə birgə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.Azərbaycan isə qlobal çağırışlara adekvat cavab verilməsi üçün dövlətlər arasında əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini daim ön plana çəkir. Ölkədə həyata keçirilən ardıcıl islahatlar hər zaman dövrün tələblərinə uyğunlaşaraq dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Bununla yanaşı, Azərbaycan fərqli mövqelərə malik tərəfləri bir araya gətirməyi bacaran mühüm platforma rolunu oynayır".
Anar











































