
İran hakimiyyəti 2025-ci ilin iyun ayında İsrailə casusluq etməkdə təqsirli bilinən bir kişiyə qarşı edam hökmünü icra edib.
Newscenter.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat verib.
Agentlik bildirir ki, şübhəli casus İsraillə əvvəlki hərbi münaqişə zamanı Tehranın qərb ətrafı yaxınlığında saxlanılıb. O, İsrail kəşfiyyat xidməti Mossad üçün işləməkdə ittiham olunurdu. İddialara görə, o, İrandakı həssas hədəflər haqqında xaricə məlumat ötürüb.
Bir gün əvvəl İslam Respublikasının məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhsəni-Ejei İsrail və ABŞ ilə əməkdaşlıqda və onların adından casusluq etməkdə təqsirli bilinənlərin ölüm hökmü ilə və ya dövlətin xeyrinə əmlakının tamamilə müsadirə olunacağı ilə üzləşəcəyini açıqlamışdı.
Anar











































