
Əli Laricanı ABŞ-la konfedensial danışıqları Türkiyə vasitəsilə etməyi planlaşdırırdı. Ona görə də İsrail onu aradan götürdü.
Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ona qarşı hər hansı bir sui-qəsd planı yox idi:
"Ona görə də açıq şəkildə Tehran küçələrinə çıxmışdı. ABŞ onunla dialoqda maraqlı idi. Ancaq İsrail onun öldürülməsində maraqlı idi. Çünki B. Netanyahu Tehranla Vaşinqton danışıqlarının əleyhinədir. Məhz ABŞ Rusiya -Ukrayna müharibəsində ciddi irəliləyişlər olmadan İrana qarşı müharibəyə başlaması məhz B. Netanyahunun təhriki ilə həyata keçirilib. Bunu bu gün istefa verən D. Trampın müşaviri və Kongrensmenlər də qeyd edir".
Məhəmməd Əsədullazadə bildirib ki, hazırda İranda əsas fiqur məhz prezident M. Pezeşkiandır:
"SEPAH bütün səlahiyyətləri ona verib, idarəetmədən çəkiləcəksə, hazırkı böhrandan çıxış yolu ola bilər. Amma, İsrail prezidenti də hədəf ala bilər".
Süleyman











































