Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kuba prezidenti xəbərdarlıq etdi:Təcavüzkar müqavimətlə qarşılaşacaq

Kuba prezidenti xəbərdarlıq etdi:Təcavüzkar müqavimətlə qarşılaşacaq


Kuba prezidenti Migel Dias-Kanel bildirib ki, ölkəsi üçün ən pis ssenaridə istənilən xarici təcavüzkar qarşısıalınmaz müqavimətlə üzləşəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, o, bunları X-də yazıb.

"Amerika Birləşmiş Ştatları Kubanı demək olar ki, hər gün açıq şəkildə konstitusiya quruluşunu zorla devirməklə hədələyir. Onlar ölkəni, onun resurslarını, əmlakını və hətta iqtisadiyyatını ələ keçirmək planlarını elan edir. Onu boğub tabe etməyə çalışırlar",-deyə Diaz-Kanel qeyd edib.

Onun sözlərinə görə, bütün xalqa qarşı kollektiv cəza kimi başlayan qəddar iqtisadi müharibəni yalnız bu şəkildə izah etmək olar:

"Ən pis ssenari ilə üzləşən Kubanın bir əminliyi var. İstənilən xarici təcavüzkar qarşısıalınmaz müqavimətlə qarşılaşacaq".

Anar
Xəbəri paylaş