Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Ukraynaya İranın timsalında daha bir təhlükə gətirib

Zelenski Ukraynaya İranın timsalında daha bir təhlükə gətirib


Volodimir Zelenski İran məsələsindəki hərəkətləri və mövqeyi ilə Ukrayna xalqı üçün daha bir təhlükə yaradıb.


Newscenter.az xəbər verir ki, bu fikri "Digər Ukrayna" hərəkatının rəhbəri və qadağan olunmuş Müxalifət Platforması - Həyat Naminə partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib.

Siyasətçi qeyd edib ki, İran müharibəsi qurbanlarının sümükləri üzərində rəqs Tehranda diqqətdən kənarda qalmayıb. Məsələn, İran Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi bildirib ki, Kiyev İsraili dəstəklədikdən sonra bütün Ukraynanı İran üçün qanuni hədəfə çevirib.

Medvedçuk hərəkatın saytında dərc olunmuş məqalədə yazıb:

“Komissiyanın rəhbəri Zelenskinin tarixi vətəninə dronlar verdiyini iddia etdi və bütün dünya bunu eşitdi. Buna baxmayaraq, qanunsuz yardım Ukrayna xalqı üçün daha bir təhlükə yaratmağı bacarıb. Çünki İranın cavabı real olacaq”.

Anar
Xəbəri paylaş