Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ hökumətinin analitik proqnozları özünü doğrultmadı

ABŞ hökumətinin analitik proqnozları özünü doğrultmadı


"İranla bağlı, ABŞ hökumətinin analitik proqnozları özünü doğruldmadı və artıq Trampın buraxdığı siyasi səhvlər ABŞ-ın imicinə kifayət qədər təsir edib".

Bunu Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, Hörmüz boğazı bu baxımdan Tramp üçün kabusa çevrilib və mutəfiqlərinə dəstək göstərmələri üçün çağırış edir:

"Böyük Britaniya, Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilərini göndərməkdən imtina ediblər. Bir gəminin zərər görməsi bu ölkələrin daxili siyasətdə şok yaşada bilər və etirazlara səbəb ola bilər. Böyük Britaniya hökuməti yeni qurulmuş hökumətdir və bu səbəbdən çox ehtiyatlı davranmaq məcburiyyətindədirlər. Amma paralel olaraq ABŞ-ı tək buraxmaq niyyətində olmadıqlarını da qeyd etməklə hansısa formada dəstək verəcəkləri istisna etmirlər. Bu, Fars Körfəzində eskalasiyaya səbəb olmadan, mina təmizləmə əməliyyatında və kəşfiyyat fəaliyyəti ilə bağlı və dəniz patrulları, logistika dəstəyi ola bilər. Amma heç bir halda birbaşa hərbi əməliyyatlara qoşulma, mümkün variantlar arasında görünmür".

Ekspert qeyd edib ki,Böyük Britaniya və Fransa məhdud formada yuxarıda qeyd olunan mexanizmləri həyata keçirə bilər:

"Çünki bu ölkələrin Yaxın Şərqdə və ümumiyyətlə regionda hərbi mövcudluqları və təcrübələrindən dolayı qeyd etmək mümkündür. Vaşinqtonun dəstək çağrışlarına rədd cavabı və yaxud da laqeyd münasibətin başlıca səbəblərindən biri də, NATO ölkələri liderlərinin "bu müharibə NATO-nun müharibəsi deyil" düşüncəsindən doğur. Bilirsiniz ki, NATO kollektiv müdafiədir və onun 5-ci maddəsinə əsasən üzv ölkələrindən hər hansı birinin ərazisinə kənardan müdaxilə və yaxud da hücum olarsa, NATO qoşunları müdaxilə etmək məcburiyyətindədirlər. Hörmüz boğazının NATO ərazisi olmadığını nəzərə alsaq, bu kontekstdə NATO ölkələri arasında bu çağırışa qarşı münasibət anlaşılandır və hesab edirəm ki, birbaşa hərbi əməliyyatlara qoşulma mümkün olmayacaq. Burada həmçinin Tramp hökumətinin yürütdüyü siyasətin də təsiri var və İran qarşısında ABŞ geri addım atmağa məcbur qala bilər".

Süleyman
Xəbəri paylaş