
İlin ilk iki ayında Özbəkistana gələn xarici turistlərin sayı kəskin şəkildə artıb.
Newscenter.az Özbəkistan Milli Statistika Komitəsinə istinadən bildirir ki, ziyarətçilərin əksəriyyəti qonşu ölkələrdən gəlib.
Məlumata görə, 2026-cı ilin yanvar-fevral aylarında Özbəkistana turist məqsədi ilə 156 ölkədən ümumilikdə 1.776.336 xarici vətəndaş səfər edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 441.000 nəfər və ya 33% artıb.
Ziyarətçilərin 77,5%-i qonşu ölkələrin - Qırğızıstan, Tacikistan və Qazaxıstan vətəndaşları olub. İlk 5 ölkəyə Rusiya və Əfqanıstan da daxildir.
Süleyman










































