Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lukaşenko 250 məhbusu əfv etdi

Lukaşenko 250 məhbusu əfv etdi


Belarus Prezidenti Aleksandr Lukaşenko humanizm prinsipinə əsaslanaraq 250 məhbusu əfv edib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə BelTA xəbər agentliyi dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, prezident ekstremist cinayətlərdə təqsirli bilinən bir sıra şəxsləri əfv etmək qərarına gəlib. Dövlət başçısı, həmişə olduğu kimi, ilk növbədə humanizm prinsipini rəhbər tutub. O, məhkumların analarından, həyat yoldaşlarından və qohumlarından gələn xahişləri nəzərə alıb.

Belarus liderinin ofisi bütün müraciətlərin prezidentə təqdim edilməzdən əvvəl Baş prokurorun rəhbərlik etdiyi müvafiq komissiya tərəfindən hərtərəfli araşdırıldığını vurğulayıb. Lukaşenko qərar verərkən komissiya üzvlərinin fikirlərini də nəzərə alıb.

Süleyman
Xəbəri paylaş