Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft-qaz infrastrukturunun vurulması müharibənin yeni mərhələyə keçməsidir

Neft-qaz infrastrukturunun vurulması müharibənin yeni mərhələyə keçməsidir


"İsrail Tehranda kimyəvi silahdan istifadə edə bilər. İran silahlı qüvvələrinin ram edilməsi və dövləti tam iflic vəziyyətə gətirmək üçün B. Netanyahu kimyəvi silah işlədilməsində maraqlıdır".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ prezidenti D. Trampın buna razılıq verməsi istisna deyil:

"Həmçinin İsrail artıq mülki infrastruktura zərbələr endirməyə və Tehranı Qəzza kimi yaşayış üçün əlverişsiz vəziyyətə salmaq üçün intensiv bombalama planını növbəti mərhələdə icra etməyə başlaya bilər".

Məhəmməd Əsədullazadə hesab edir ki, neft-qaz infrastrukturunun vurulması müharibənin yeni mərhələyə keçməsidir:

"İsrail Baş naziri B. Netanyahu atəşkəs və danışıqlarda maraqlı deyil. Hazırda İranda tam hakimiyyəti ələ keçirən SEPAH İsrailə qarşı çirkli bombalardan istifadə edə bilər. Qarşılıqlı məhv etmə taktikası regionda ekoloji fəlakətə gətirib çıxarar".

Süleyman
Xəbəri paylaş