Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan prezidenti 392 nəfəri əfv edib

Özbəkistan prezidenti 392 nəfəri əfv edib


Novruz və Ramazan bayramı ərəfəsində Özbəkistanda cəza çəkən 392 nəfər əfv edilib.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bununla bağlı prezident fərman imzalayıb. Əfv olunanlar əməllərindən səmimi şəkildə peşman olan və cəmiyyətə inteqrasiya yoluna qədəm qoymuş şəxslərdir.

Əfv olunanlardan 223-ü əsas cəzadan tamamilə azad edilib, 82-si şərti azadlığa buraxılıb, 34-ünün həbs cəzası daha yüngül cəzalarla əvəz edilib. Həmçinin, 53 nəfərin cəzası azaldılıb.

Əfv olunanlar arasında 3 xarici vətəndaş var. Bundan başqa 26 qadın, 14-ü 60 yaşdan yuxarı kişi, 166 gənc və qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak edən 24 nəfər də əfv edilib.


Süleyman
Xəbəri paylaş