Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib


Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun sədrliyi ilə ölkənin Təhlükəsizlik Şurasının üzvləri ilə işgüzar görüş keçirilib.

Newscenter.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, iclasda Yaxın Şərqdə baş verən hadisələr fonunda Qırğızıstanın milli təhlükəsizliyinin, o cümlədən qida və enerji sektorlarında təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib.

Bundan əlavə, Təhlükəsizlik Şurasının üzvləri Qırğızıstan Respublikasının strateji obyektlərinin siyahısı ilə bağlı təkliflər veriblər.

İclasın nəticəsi olaraq dövlət orqanlarının rəhbərlərinə, Qırğızıstan Respublikası Prezidentinin bölgələrdəki səlahiyyətli nümayəndələrinə və Bişkek və Oş şəhərlərinin merlərinə müvafiq tapşırıqlar verilib.

Süleyman
Xəbəri paylaş