Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada 4000-dən çox sürücüsüz yük maşını fəaliyyət göstərəcək

Rusiyada 4000-dən çox sürücüsüz yük maşını fəaliyyət göstərəcək



2028-ci ilin sonuna qədər Rusiya yollarında təxminən 1000 sürücüsüz yük maşını işləyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Nəqliyyat Nazirliyi bəyan edib. Nazirlik bildirib ki, 2030-cu ilə qədər onların sayı 4000-i keçəcək.

Məlumatda deyilir ki, hər bir sürücüsüz yük maşını ildə təxminən 300.000 km məsafə qət edəcək. Bu da sürücüsü olan adi yük maşınından iki dəfə çoxdur.

Nazirlik qeyd edib ki, sürücüsüz yük maşını layihəsi əlavə yol infrastrukturunun təkmilləşdirilməsini tələb etməyəcək. 4G mobil şəbəkəsindən istifadə olunacaq və gələcəkdə aşağı orbitli peyk bürclərindən istifadə nəzərdən keçirilir.

Anar
Xəbəri paylaş