Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Ermənistanla bağlı planı baş tutmayacaq

Rusiyanın Ermənistanla bağlı planı baş tutmayacaq


"Rusiyanın Ermənistanda parlament seçkilərində Moskvaya yaxın şəxsin qələbəsinin təmin olunması istiqamətində planları baş tutmayacaq. Çünki indiki situasiyada hazırkı baş nazir Nikol Paşinyan qələbəyə daha yaxın görünür. Həm daxili, həm də xarici amillər Paşinyanın seçkilərdə uğur qazanacağına əminlik yaradır".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Rusiyanın seçkilərdə dəstək verdiyi, prezidentliyi dövründə Moskvanın adamı kimi tanınan Robert Köçəryan erməni cəmiyyəti arasında o qədər də güclü nüfuza malik deyil:

"Birincisi, sabiq prezidentin dövründə Ermənistan ciddi iqtisadi böhran içərisində idi. Yalnız Rusiya və İranın köməkliyi, dəstəyi ilə ayaqda dayana bilirdi. Ölkənin bütün sərvətləri, gəlirli sahələri hakim komandanın, Köçəryan ailəsinin əlində cəmləşmişdi. Ona görə də erməni cəmiyyəti yenidən eyni aqibəti yaşamaq istəmir. İndi isə Ermənistan iqtisadiyyatında dinamika müşahidə edilir. Sülh paraflanmasından sonra Azərbaycan və Ermıənistanla iqtisadi sahədə müşahidə edilən irəliləyiş erməni cəmiyyətinin iqtisadi-sosial durumuna öz müsbət təsirini göstərir. TRİPP marşurutunun işə düşməsindən sonra isə Ermənistan tarixində ilk dəfə tranzit ölkə rolunu oynayacaq və bundan kifayət qədər iqtisadi dividentlər qazanacaq. Digər tərəfdən Köçəryan revanşizm, müharibə tərəfdarı olduğu və erməni xalqının mütləq əksəriyyətinin də artıq müharibə istəmədiyini nəzərə alsaq, o halda Köçəryanın qələbəsinin qeyri-mümkün olacağı qənaətinə gələ bilərik".

Politoloq deyib ki, xarici amillər də öz növbəsində Köçəryanın əleyhinə işləyir:

"Robert Köçəryanın seçkilərdə qələbəsi Rusiyanın qələbəsi demək olardı. Buna isə Vaşinqton heç bir halda razı olmaz. Çünki sabiq prezidentin seçkilərdə qələbəsi Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasını çətinə salmaqla yanaşı, TRİPP marşrutunun açılmasını da ənəglləyə bilər. Buna isə ABŞ heç bir halda razı olmaz".

Süleyman
Xəbəri paylaş