Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kadr potensialının gücləndirilməsinə xidmət edən addım

Kadr potensialının gücləndirilməsinə xidmət edən addım


"Bu bir danılmaz faktdır ki, dövlət orqanlarında maddi təminatın istənilən səviyyədə olmaması, az əmək haqqı bacarıqlı və peşəkar kadrların ya özəl sektora, ya da ölkədən kənara üz tutmasına gətirib çıxarırdı. Bu da nəticə etibarilə savadlı kadr çatışmamazlığı problemi yaradırdı. Hesab edirəm ki, prezidentin dövlət qulluğunda çalışanların vəzifə maaşlarının təkmilləşdirilməsi ilə bağlı fərman və sərəncamları bu problemin aradan qaldırılmasında mühüm rol oynayacaq".

Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru Ruhiyyə Mehdiyeva səsləndirib. O bildirib ki, bu islahat artıq dövlət qulluğuna, bu sahədə çalışmağa da marağı artıracaq və nəticə etibarilə bacarıqlı, savadlı kadrlar arasında sağlam rəqabət mühiti formalaşacaq:

"Ona görə də dövlət başçısının imzaladığı məlum fərman və sərəncamlara sırf dövlət qulluqçularının maddi təminatının yaxşılaşdırılması, onların əmək haqqının artırılmasından yanaşmaq doğru olmazdı. Düzdür, burada maddi təminat da müəyyən amillərdən biridir. Ancaq məsələyə yanaşmada kadr bazasının təkmilləşdirilməsi, savadlı kadrların ölkədən getməsinin qarşısının alınmasına yönəlik addım kimi də bunu dəyərləndirmək vacibdir".

Ruhiyyə Mehdiyeva onu da qeyd edib ki, sözügedən islahat nəticəsində yüksək maddi təminatla təchiz edilmiş dövlət qulluqçusu öz işinə daha məsuliyyətlə yanaşacaq, vətəndaş müraciətlərinə qarşı daha həssas mövqe nümayiş etdirərək onların məmnunluğunu təmin edəcək.

"Dolayısıyla bu addım həm də vətəndaş məmnunluğuna xidmət edir desək yanılmarıq".

Anar
Xəbəri paylaş